Reklam
Vakıf Katılım
Tarih : 2020-04-13 14:18:00

Çində koronavirusa qarşı ikinci vaksinin klinik sınağına icazə verilıb

Çinin hakimiyyət orqanları yeni növ koronavirusa qarşı ikinci vaksinin klinik sınağına sanksiya verib.

Frame.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu peyvənd ölkədə klinik sınaq mərhələsinə keçən ikinci, dünyada isə üçüncü vaksindir. Tədqiqatlar sağalam insanlar üçün peyvəndin təhlükəsizliyi və immunogenliyinin qiymətləndirilməsi məqsədi daşıyır.

Qeyd edək ki, martın 16-da ABŞ-ın Sietl şəhərində (Vaşinqton ştatı) yerləşən “Kaiser Permanente Washington Health Research” tədqiqat institutunda koronavirusa qarşı eksperimental vaksinin insanlar üzərində ilk sınaqları başlayıb. Vaksinin prototipi ABŞ Səhiyyə Nazirliyinin milli institutları və Massaçusets ştatında yerləşən “Moderna” biotexnoloji kompaniyası tərəfindən hazırlanıb.

Martın 17-də isə Çin hakimiyyəti ölkədə COVID-19 əleyhinə ilk peyvəndin klinik sınaqlarına icazə verib.

Hibya Xəbər Agentliyi

© Copyright 2024 borsakap.com Tüm Hakları Saklıdır.
Web sitemiz Hibya Haber Ajansı Abonesidir.