Reklam
Vakıf Katılım
Tarih : 2020-04-11 15:23:00

Gənclərin sosial şəbəkələrdə layihələrinin hazırlanmasına dair ideyalarının maliyyələşdirilməsinə başlanılıb

Xüsusi karantin dövründə sosial təcrid müddətini daha da əyləncəli və faydalı etmək məqsədilə Azərbaycan Respublikası Gənclər Fondu gənclərin sosial şəbəkələrdə layihələri və multimedia məhsullarının hazırlanması ilə bağlı ideyalarının maliyyələşdirilməsinə start verir.

Fonddan bildiriblər ki, “İdeyanı reallaşdır” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi çərçivəsində gənclər #evdəqal həştəqinə uyğun sosial şəbəkələrdə virtual çağırış aksiyası, əyləncəli kontentlər, faydalı və maarifləndirici videoçarxlar və digər təşəbbüslərini təqdim edə bilərlər.

Gənclər Fondu gənclərimizi fəal şəkildə təkliflərini təqdim etməklə həmyaşıdları üçün faydalı və maarifləndirici layihələr həyata keçirməyə dəvət edir.

Layihə və təkliflər GencAPP (genc.az) mobil tətbiqi və ya www.youthfoundation.az internet səhifəsi vasitəsilə göndərilməlidir.

Müsabiqədə iştirak etməklə bağlı şərtlərlə və prioritet mövzuların siyahısı ilə https://youthfoundation.az/ linkləri vasitəsilə tanış olmaq mümkündür.

Hibya Xəbər Agentliyi

© Copyright 2024 borsakap.com Tüm Hakları Saklıdır.
Web sitemiz Hibya Haber Ajansı Abonesidir.