Reklam
Vakıf Katılım
Tarih : 2020-07-18 13:09:00

İspaniyada son 2 ay ərzində koronavirus infeksiyasına ən yüksək yoluxma tempi qeydə alınıb

Avropa koronavirusa yoluxmanın ikinci dalğasını yaşayır. Ümumilikdə, Avropada 200 mindən çox insan COVID-19-dan həyatını itirib və təxminən 3 milyon yoluxma faktı qeydə alınıb.

 Xbr.az İspaniya KİV-lərinə istinadla xəbər verir ki, son 2 ay ərzində koronavirus infeksiyasına ən yüksək yeni yoluxma tempi qeydə alınıb. Artıq bir sutkadır ki, sərt karantin rejiminin qüvvədə olduğu Kataloniyanın Lyey bölgəsində təxminən 200 min insan izolyasiya edilib.

Səhiyyə Nazirliyi son 24 saat ərzində 390 yeni yoluxma halının aşkarlanması barədə məlumat verib. Bu, həyəcanlı vəziyyətin bitdiyi 21 iyun tarixindən bəri ən yüksək göstəricidir. Ötən həftə koronavirus xəstələrinin sayında artım müşahidə olunub. Bu əsasən Araqon və Kataloniyada yoluxmaların kəskin şəkildə artması ilə əlaqələndirilir. Qeyd edək ki, yeni yoluxma faktlarının yarıdan çoxu məhz bu iki bölgənin payın düşür.

Hibya Xəbər Agentliyi

© Copyright 2024 borsakap.com Tüm Hakları Saklıdır.
Web sitemiz Hibya Haber Ajansı Abonesidir.