Reklam
Vakıf Katılım
Tarih : 2020-06-02 16:10:00

Türkiyə ilə Rusiya COVID-19 peyvəndinin hazırlanması istiqamətində əməkdaşlıq edəcək

Türkiyə ilə Rusiya COVID-19 peyvəndinin hazırlanması istiqamətində əməkdaşlığa başlayır.

Bu məqsədlə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ilə Rusiyalı həmkarı Mixail Muraşko arasında videokonfrans vasitəsilə görüş keçirilib.

Görüş zamanı yeni növ koronavirusa qarşı peyvənd və dərman istehsalı sahəsində təcrübə mübadiləsi, eləcə də klinik sınaqlarda əməkdaşlıq barədə razılıq əldə olunub. Bu məqsədlə ilk toplantı iyunun 4-də Türkiyə və Rusiyanın elm adamları arasında olacaq.

Hazırda Türkiyənin 22 mərkəzində COVID-19 peyvəndinin hazırlanması istiqamətində işlər aparılır. Dörd mərkəzdə isə hazırlanan ilk preparatlar heyvanlar üzərində sınaqdan keçirilir.

Hibya Xəbər Agentliyi

© Copyright 2024 borsakap.com Tüm Hakları Saklıdır.
Web sitemiz Hibya Haber Ajansı Abonesidir.